"Simurq"da fövqaladə toplantı

"Simurq"da fövqaladə toplantı

"Simurq"un prezidenti Anar Bəkirov məşqçi heyəti ilə görüş keçirib. Fanat.az xəbər verir ki, Bəkirov komandasının ardıcıl olaraq 3 məğlubiyyət almasının səbəblərini araşdırmaq məqsədi güdüb.

Məşqçilər korpusunu dinləyən klub prezidenti onların təklif etdikləri çıxış yollarını bəyənib.

Bəkirov baş məşqçi Gergi Çixradzeyə güvəndiyini söyləməklə yanaşı, tezliklə "qara zolaq"dan çıxacaqlarına inandığını söyləyib.

Nəzərə alsaq ki, "Simurq" növbəti turda zəif "Sumqayıt", ardınca isə yeniyetmələrin ümidinə qalan "Bakı"yla qarşılaşacaq, "qara zolağ"ın tezliklə arxada qalacağına şübhə yeri qalmır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər