"Simurq"da 2 problem

"Simurq"da 2 problem
Topaz Premyer Liqasının V turunda "Qəbələ"ni qonaq edəcək "Simurq" hazırlıqları tamamlayıb. Fanat.az xəbərp verir ki, bir saatdan artıq davam edən son məşq isinmə hərəkətləri ilə başlayıb. 
Daha sonra qruplara bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. 
Məşqdə dizindən əməliyyat olunan yeni transfer Vüqar Mustafayev də iştirak edib. İsinmə hərəkətlərindən sonra o və belində ağrılar olan Ali Gökdəmir komandadan ayrı, fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında çalışmaları davam etdirib. Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri artıq qarşılaşmanın başlama saatını gözləyir. 
Qeyd edək ki, "Simurq" - "Qəbələ" matçı saat 17.00-da start götürəcək və komandamızın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər