"Simurq"a qarşı oynayacaqdım, amma..."

"Simurq"a qarşı oynayacaqdım, amma..."

“Məşqdə sağ ayağımın baldırına zərbə dəydi. Həmin yerdə tromb yaranıb. Bu üzdən Zaqatalaya getməmişəm”. Bu sözləri Fanat.az-a açıqlamasında “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov deyib.

Cari mövsüm start heyətində müntəzəm görünməyən orta xətt oyunçusu “Simurq”a qarşı oynamağa hazırlaşdığı halda, sıradan çıxmasına üzülür: “Baş məşqçi Zaqatalada meydana çıxacağımı demişdi. Heyif ki, zədələndim. Həkimlərin rəyinə görə 10 gündən sonra hər şey qaydaya düşəcək”.

 

Xatırladaq ki, sabah “Simurq”la münasibətlərinə aydınlıq gətirəcək “bankirlər” cəzalı duruma düşən Vaqif Cavadovla Brüs Abdulayenin də xidmətindən məhrumdu. Eyni zamanda, zədəsi olan Ruslan Əmircanovun da oynayıb-oynamayacağı bilinmir.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər