Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün dördüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixredze yetirmələrini Xorvatiyanın "Xrvatski Draqovolyats" klubu ilə oyunda sınayıb. Qarşılaşma Zaqatala klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın qollarına Draqan Çeran və Tural Axundov imza atıb.
"Xrvatski Draqovolyats" klubu 1975-ci ildə yaradılıb. Komanda 1995-2002, 2010-2011-ci illərdə güclülər dəstəsində çıxış edib. Ötən mövsüm yenidən I divizionun qalibi olan "Simurq"un rəqibi elitaya yüksəlib. 3 dəfə İntertoto Kubokuna qatılan "Xrvatski Draqovolyats"ın heyətində hazırda Avstraliyadan, Makedoniyadan, Bosniya və Hersoqovinadan legionerlər çıxış edir. Davor Mladinanın başçılıq etdiyi komanda qış fasiləsinə sonuncu pillədə yollanıb.
Qeyd edək ki, "Simurq" bundan əvvəl Antalyada Alomaniyanın "Velbert" (1:0), Tanzaniyanın "Yanq Afrikans" (2:2), Çinin "Şanxay Şenhua" (0:0) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
25 yanvar
Simurq (Azərbaycan) - Xrvatski Draqovolyats (Xorvatiya) 2:0
Qollar: Draqan Çeran, 20. Tural Axundov, 77.
Simurq: Pavel Kapsa, Tural Axundov, Anderson Oliveyra, İdan Vaytsman, Ruslan Poladova, Stepan Polyak, Patrik Osiako, Nicat Qurbanov, Benjamin Lambot, Raşad Eyyubov, Draqan Çeran.
Fanat.az