"Simurq" üçün xal bazası

"Simurq" üçün xal bazası

Topaz Premyer Liqasının XXII turunda "Simurq" "Sumqayıt"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasınla 9-cu qarşılaşma olacaq.

"Simurq" bu rəqib üzərində tam üstünlüyə sahibdi. Belə ki, indiyədək baş tutan 8 oyunun hamısında zaqatalalılar qələbə qazanaraq, "Sumqayıt"a 1 xal belə verməyiblər. Gənclik şəhəri təmsilçisinin tək təsəllisi bu rəqibin qapısına 3 top vurmaq olub. "Simurq" isə buna 12 qolla cavab verib.

"Simurq" 2014-cü ilə uğursuz başlayıb. Georgi Çixradzenin yetirmələri ardıcıl olaraq "Neftçi" (0:3), "Bakı" (0:1) və "İnter"ə (0:1) yenilib. Növbəti yenilgi gürcü məşqçinin sonu olacaq. "Sumqayıt" isə "Qəbələ"yə məğlubiyyətdən (0:3) sonra AZAL (2:2) və "Rəvan"la (1:1) sülh bağlayıb. 

24.09.2011 Sumqayıt Şəhər - Simurq (Zaqatala) 0:1

19.11.2011 Simurq (Zaqatala) - Sumqayıt Şəhər 1:0

25.03.2012 Sumqayıt Şəhər - Simurq (Zaqatala) 1:2

21.04.2012 Simurq (Zaqatala) - Sumqayıt Şəhər 2:1

04.10.2012 Simurq (Zaqatala) - Sumqayıt 1:0

02.12.2012 Sumqayıt - Simurq (Zaqatala) 0:1

15.09.2013 Simurq (Zaqatala) - Sumqayıt 3:1

22.11.2013 Sumqayıt - Simurq (Zaqatala) 0:1

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər