Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrini Çinin "Şanxay Şenhua" klubu ilə oyunda sınayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
"Şanxay Şenhua" klubu 1951-ci ildə yaradılıb. Klub 1993-cü ilədək "East China" (Şərqi Çin) adlanıb. Tarixi ərzində çox sayda kubok qazanan komanda bütün dünyada hazırda "Qalatasaray"da çıxış edən Didye Droqba və "Vest Bromviç"in formasını geyinən Nikola Anelkanın transferi ilə məşhurlaşır. Hazırda "Şanxay Şenhua" Şen Xianqfunun başçılıq etdiyi komanda başa çatan mövsümü Çin super Liqasının 8-ci pilləsində başa vurub.
Qeyd edək ki, "Simurq" bundan əvvəl Antalyada Almaniyanın "Velbert" (1:0) və Tanzaniyanın "Yanq Afrikans" (2:2) klubları ilə yoxlama oyunu keçirib.
Yoxlama oyunu
22 yanvar
Simurq (Azərbaycan) - Şanxay Şenhua (Çin) 0:0
Simurq: Pavel Kapsa, Tural Axundov, Anderson Oliveyra, İdan Vaytsman, Ruslan Poladov, Patrik Osiako, Dominik Çatto, Raşad Eyyubov, Nicat Qurbanov, Stepan Polyak, Draqan Çeran.
Fanat.az