"Simurq" çempionluq şansını itirdi

"Simurq" çempionluq şansını itirdi

Premyer Liqada daha bir komanda çempionluq şansını rəsmən itirib. Fanat.az xəbər verir ki, "Simurq"un qızıl medallara olan iddiası artıq riyazi cəhətdən də mümkün deyil.

Belə ki, AZAL-ı 2:0 hesabı ilə yenən "Qarabağ" xal hesabını 64-ə çatdırıb. Aktivində 39 xal olan "Simurq" isə bu gün "İnter"lə qarşılaşacaq. Zaqatala klubu "böyük qardaşı" ilə oyunda qələbə qazansa belə, xalı 42-yə yüksələcək və "Qarabağ"la aralarında 22 xallıq fərq qalacaq. Qarşıdakı 7 turda isə bu fərqin aradan qalxması faktiki olaraq mümkün deyil. "Qarabağ" bütün oyunlarda uduzsa və "Simurq" hamısını qazansa yenə 1 xal fərqi qalacaq.

Qeyd edək ki, bundan əvvəl "Xəzər Lənkəran", AZAL, "Rəvan" və "Sumqayıt" çempionluq şanslarını rəsmən itirmişdilər.

XXIX turun ilk oyun günü həmçinin bir komandanın medal şansını itirməsi ilə də nəticələnib. Belə ki, "Qarabağ"a uduzan AZAL-ın aktivində 26 xal var və üçüncü pillədə qərarlaşan "İnter"dən 22 xal geri qalır. "Bankirlər" bu gün "Simurq"a uduzsa da, heç nə dəyişməyəcək. Çünki qarşıda cəmi 7 tur və 2 xallıq fərq var.

AZAL-dan əvvəl "Rəvan" və "Sumqayıt" da medal şanslarını riyazi olaraq itirmişdi./

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər