Topaz Premyer Liqasının 29-cu turunda öz meydanında "İnter"ə minimal hesabla məğlub olan "Simurq" növbəti turun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, birgünlük istirahətdən sonra “sarı-qaralar” məşq prossesini bərpa edəcək.
Zaqatalada olan komandanın məşqi axşam 17.00 da reallaşacaq. Qeyd edək ki, "Simurq" 30-cu turda "Sumqayıt"ın qonağı olacaq. Matç aprelin 12-də baş tutacaq.
Fanat.az