UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam etdirilir. Fanat.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub.
Günün ilk oyunu Sankt-Peterburqda keçirilib və "Zenit" Dortmund "Borussiya"sını qəbul edib. Qonaqlar oyunun taleyini demək olar ki, ilk 5 dəqiqədə həll edib. Belə ki, 4-cü dəqiqədə Henrik Mkitaryan, bir dəqiqə sonra Marko Reus fərqlənib. 58-ci dəqiqədə Oleq Şatov fərqi azaltsa da, 3 dəqiqə sonra Robert Levandovski yenidən 2 topluq üstünlük yaradıb. 69-cu dəqiqədə Halk penaltini qola çevirib. Son nöqtəni isə 71-ci dəqiqədə dubl edən Levandovski qoyub - 4:2.
Günün ikinci oyununda isə "Mançester Yunayted" "Olimpiakos"un qonağı olub. Əksəriyyət ingilisləri matçın favoriti hesab etsə də, yunanlar bütün proqnozları alt-üst edib. Belə ki, oyun "Olimpiakos"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 38-ci dəqiqədə Alexandro Dominges açıb 55-ci dəqiqədə isə Sol Kempbell fərqlənib.
Qeyd edək ki, bu mərhələnin 4 oyunu ötən həftə keçirilib. PSJ "Bayer"i 4:0, "Atletiko" "Milan"ı 1:0, "Barselona" "Mançester Siti"ni, "Bavariya" isə "Arsenal"ı 2:0 hesabı ilə yenib. 1/8 finalın ilk oyunlarına bu gün "Şalke 04" - "Real" və "Çelsi" - "Qalatasaray" oyunları ilə yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
25 fevral
Zenit (Rusiya) - Borussiya (Dortmund, Almaniya) 2:3
Qollar: Oleq Şatov, 58. Hulk, 69-pen - Henrik Mkitaryan, 4. Marko Reus, 5. Robert Levandovski, 61; 71.
Zenit: Yuri Lodigin, Domeniko Kriskito, Nikolas Lombaerts, Luis Neto, Aleksandr Anyukov (İqor Smolnikov, 84), Oleq Şatov, Viktor Fayzulin (Aleksandr Kerjakov, 84), Aksel Vitsel, Halk, Andrey Arşavin (Anatoli Timoşuk, 15), Salomon Rondon.
Ehtiyat oyunçular: Vyaçeslav Malafeyev, Tomas Hubokan, Aleksandar Lukoviç, Konstantin Zıryanov.
Baş məşqçi: Lusiano Spalletti.
Borussiya: Roman Veydenfeller, Manuel Friedrix, Sokratis Papastatopulos, Lukaş Pişçek, Marsel Şmelzer, Sebastian Kehl, Marko Reus (Yonas Hofmann, 85), Nuri Şahin, Kevin Qrosskreuts (Erik Durm, 90+1), Henrik Mkitaryan (Pierre-Emerik Aubameyanq, 70), Robert Levandovski.
Ehtiyat oyunçular: Mitçell Lanqerak, Marian Sarr, Miloş Jojiç, Julian Şkyeber.
Baş məşqçi: Yurgen Klopp.
Sarı vərəqələr: Aleksandr Anyukov, 54. Viktor Fayzulin, 81 - Lukaş Pişçek, 69.
Baş hakim: Villyam Kollum (Şotlandiya).
Sank-Peterburq. "Petrovski" stadionu.
Olimpiakos (Yunanıstan) - Mançester Yunayted (İngiltərə) 2:0
Qol: Alexandro Dominges, 38. Sol Kempbell, 55.
Olimpiakos: Roberto, Giannis Maniatis, Joze Holebas, Konstantinos Manolas, İvan Markano, Leandro Salino, Delvin Ndinqa, Ernan Peres (Nelson Valdez, 86), Sol Kempbell (David Fuster, 67), Alexandro Dominges (Paulo Maşado, 76), Mixael Olaytan.
Ehtiyat oyunçular: Balaş Meqyeri, Avraam Papadopulos, Qaytan Bonq, Andreas Samaris.
Baş məşqçi: Mişel.
Mançester Yunayted: David De Gea, Patrik Evra, Rio Ferdinand, Kris Smallinq, Nemanya Vidiç, Mixael Karrik, Eşli Younq, Tom Kleverley (Şinji Kaqava, 61), Luis Antonio Valensia (Danni Velbek, 60), Ueyn Runi, Robin van Persi.
Ehtiyat oyunçular: Anders Lindeqaard, Aleksander Büttner, Rayan Giqqz, Marouane Fellaini, Xavyer Hernandes.
Sarı vərəqələr: Patrik Evra, 3. Rio Ferdinand, 90.
Baş məşqçi: David Moyes.
Baş hakim: Canluka Roççi (İtaliya).
Afina. "Karaiskakis" stadionu.
Fanat.az