"Şəxsən mənim üçün təəcüblü deyil"

"Şəxsən mənim üçün təəcüblü deyil"

“Vaqif Cavadovun “İnter”də geridə qalan turlarda 10 top vurması şəxsən mənim üçün təəccüblü deyil. Milli üzvünün çempionatın sonunadək yeni qollara imza atacağına ümid edirəm. "Vuran ayağı" da var, ötürmə etmək bacarığı da. Bu oğlan doğurdan da istedadlıdı”. Bu sözləri Fanat.az-a açıqlamasında “İnter”in prezidenti Georgi Nikolov deyib.

Bank klubunun bolqar başqanı kapitanın öz yerini tapdığını vurğulayıb: “Vaqifi çoxdan heyətimizə qatmaq istəyirdik. Sadəcə, digər klublarla pul müharibəsindən qalib çıxmaq asan deyildi. O, “İnter”də öz yerini tapıb. Kaxaber Tsxadadze ondan necə istifadə etmək lazım olduğunu bilir. Mövsümün sonunda müqaviləsinin müddəti başa çatsa da, daha bir il komandada qalmasını, bir az da “artırmasını” görmək istəyərdim”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər