"Sent-Etyen" "Hafka"nın komandasını uddu

"Sent-Etyen" "Hafka"nın komandasını uddu
Fransa Liqa 1-də VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen" Hafiz Məmmədovun sahibi olduğu "Lans"ın qonağı olub.
"Sent-Etyen" səfər matçında 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 82-ci dəqiqədə Fabien Lemoine imza atıb.
Qeyd edək ki, "Sent-Etyen" 6 turda 13 xal toplayıb. "Qarabağ"ın rəqib Marsel "Olimpik"i və "Bordo" ilə birlikdə 1-3-cü pillələri bölüşür.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər