"Frank Riberi çox eybəcər, xəsis adamdı, centlmenliyi də yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri fransalı model Zahya Dehar deyib.
Bir neçə il öncə Fransa millisinin iki üzvü - Frank Riberi və Kərim Benzema ilə intim münasibətdə adı hallanan ərəb əsilli fransız model müsəlman futbolçularla sekslə məşğul olduğunu iddia etmişdi. Həmin vaxt o, yetkinlik yaşına çatmadığından futbolçular uzun müddət məhkəmə qarşısına çıxmalı olmuşdu. Zahya Dehar bu dəfə Riberini hədəfə alan açıqlamalar verib: "Bir dəfə paltar almaq istəyirdim, qiymətinin 1000 avro olduğunu dedim, amma Frank mənə 500 avro pul verdi. Mənə elə gəlir ki, hamı seksə daha çox pul ödəyir, nəinki başqa şeylərə".
Fanat.az