"Rəvan"ın qapısıçı Lukaş Sapela qəhrəmana çevirilib. Fanat.az xəbər verir ki, polşalı qolkiper "Qəbələ" ilə oyunda iki penalti dəf edib.
Belə ki, matçın baş hakimi Elvin Əsgərov 55-73-cü dəqiqələrdə "Rəvan"ın qapısına iki penalti təyin edib. Lakin Sapela əvvəlcə Lorenzo Ebesilionun, ardınca isə Leonardo da Silvanın sevinməsinə imkan verməyib. Lakin ikinci qurtarışdan sonra əli ilə etdiyi ədəbsiz jest onun qəhrəmanlığına kölgə salıb.
Fanat.az