"Rəvan"ın futblçusu Oke Akpoveta Azərbaycanı tərk edib. Fanat.az xəbər verir ki, nigeriyalı forvard yaşadığı Danimarkaya yollanıb.
Onun rəhbərlikdən icazə aldığı deyilir. Oke 2 gün sonra Bakıya qayıdıb, məşqlərə başlamalıdı. Amma qayıtmamaq ehtimalı da var. Belə ki, o son dövrlər imkanlarından aşağı səviyyədə çıxış edir və zədəli olduğunu əsas gətirərək məşqələr qatılmır. "Rəvan"ın 22 yaşlı hücumçu ilə yollarını ayırması gözlənilir.
Qeyd edək ki, Akpoveta qışda "Bröndbü"dən transfer olunduğu "Rəvan"da 15 oyun keçirib və 1 qol vurub.
Fanat.az