Topaz Premyer Liqasının XXX turunda "Qarabağ”ın qonağı olacaq "Rəvan” hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, "Bayıl Arena”da bir araya gələn "aslanlar” bu gün bir məşqlə kifayətləniblər.
Futbolçulardan yalnız hərarət səbəbi ilə məşqə qatılmayan Ayaz Mehdiyev baş məşqçi Güvənç Kurtarın sərəncamında olmayıb. Onunla yanaşı, mikrozədələri olan Oke Akpoveta və Tyaqo Mirasemanın "Qarabağ”a qarşı forma geyinib-geyinməyəcəkləri oyun günü bəlli olacaq.
Fanat.az