Premyer Liqanın XXV turunda "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə yenən "Rəvan" 3 itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Güvənc Kurtar XXVI turda 2 legioner və 1 yerli futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, qış transferlərindən Julio Sezar və Oke Akpoveta, həmçinin Novruz Məmmədov cəzalı duruma düşüb. Hər iki futbolçu ötən gün sarı vərəqə limitini doldurub.
Belə ki, Sezar bundan əvvəl "Bakı", "Qəbələ", AZAL, Oke Akpoveta "İnter", "Sumqayıt" və "Qarabağ" matçlarında "sarı" almışdı. Novruz isə cari mövsümdə ikinci dəfə cəzalı duruma düşüb. Ötən il 4 jəfə cəzalanan müdafiəçi bu səbəbdən XXVII turun "Xəzər Lənkəran"la oyununu buraxmışdı. 2014-cü ildə "İnter", "Qəbələ" və AZAL matçlarında "sarı" alan Məmmədov "Xəzər Lənkəran"la oyundan sonra yenidən cəzalı duruma düşüb.
Fanat.az