"Rəvan" rumın klubunu uddu

"Rəvan" rumın klubunu uddu
Antalyada təlim-məşq toplanışında olan "Rəvan" bu gün ikinci yoxlama oyununu keçrib. Fanat.az xəbər verir ki, baş məşqçi Güvənc Kurtar yetirmələrini Rumıniyanın "Universtatea" (Krayova) klubu ilə oyunda sınayıb. Bakılılar 1:0 hesablı qələbə qazanıb.
"Universtatea" klubu Rumıniyanın II liqasının B qrupunda çıxış edir. Komanda qış fasiləsinə birinci pillədə yollanıb. "Rəvan"ın rəqibinin heyətində Serbiya, Makedoniya və Litvadan futbolçular çıxış edir. "Universtatea"ya rumın mütəxəssis Ovidiu Stinqa başçılıq edir.
Qeyd edək ki, "Rəvan" Antalyadakı ilk oyununda Braziliyanın "Uniao" klubunu 2:1 hesabı ilə məğlub edib.
Yoxlama oyunu 
22 yanvar
Rəvan (Azərbaycan) - Universtatea (Rumıniya) 1:0
Qol: Tyaqo Mirosema.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər