"Rəvan" kubok üçün başladı

"Rəvan" kubok üçün başladı
Sabah "Rəvan" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Bakı" ilə cavab görüşünə çıxacaq. Fanat.az xəbər verir ki, "sarı-qırmızılılar" artıq matçın hazırlıqlarına başlayıb.
Baş məşqçi Güvənc Kurtar "Simurq"la səfər oyunu üçün Zaqatalaya 4-ü cəzalı futbolçu olmaqla 10 aparıcı oyunçunu aparmamışdı. Bakıda qalan futbolçular "Bayıl Arena"da köməkçi məşqçilərin rəhbərliyi altında məşqləri davam etdirib. Dünən isə komanda yenidən tam şəkildə toplaşıb. "Bayıl Arena"da baş tutan axşam məşqində bütün oyunçular iştirak edib.
Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular taktiki-texniki hazırlığa başlayıb. Müxtəlif təmrinlərin həyata keçirildiyi məşqdə taktiki gedişlər üzərində də çalışılıb. Sonda futbolçular standart vəziyyətlər üzərində də işləyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər