Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 29-cu turunun bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul edilib:“Rəvan” – “Sumqayıt” matçının 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalansın, klubu 100 manat cərimə olunsun.
Fanat.az