"Qırmızı"sız tur

"Qırmızı"sız tur

Topaz Premyer Liqasında VI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, cari mövsümdə ilk dəfə turun heç bir oyununda qırmızı vərəqə göstərilməyib.

Belə ki, bundan əvvəl baş tutan 5 turun hamısında azı 1 futbolçu meydandan qovulmuşdu. Belə ki, I, II və III turlarda 1, IV turda 2, V turda 3 futbolçu qırmızı vərəqə alıb. 

Ümumilikdə hakimlər 8 oyunçuya matçı bitirməyə imkan verməyib. "Xəzər Lənkəran" və "Qəbələ"nin 2, AZAL, "Simurq", "Sumqayıt" və "Neftçi"nin 2 üzvü  hakimlərin qəzəbinə tuş gəlib.

I tur

AZAL - Xəzər Lənkəran

Şəhriyar Rəhimov, 59 (AZAL).

II tur

Xəzər Lənkəran - Sumqayıt 

Orxan Sadıqlı, 38 (Xəzər Lənkəran).

III tur

Simurq - Xəzər Ləkəran 

Draqan Çeran, 90+2 (Simurq)

IV tur

Qəbələ - AZAL

Eduardo Makiel, 90+3 (Qəbələ).

Sumqayıt - Araz Naxçıvan 

Vurğun Hüseynov, 52 (Sumqayıt)

V tur

Simurq - Qəbələ 

Aleksandru Benqa, 86 (Qəbələ).

Neftçi - Xəzər Lənkəran

Saşa Stamenkoviç, 40 (Neftçi) - Tyeqo, 90+3 (Xəzər Lənkəran).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər