"Qartal" "Paşa"nı əzib, zirvəyə yaxınlaşdı - VİDEO

"Qartal" "Paşa"nı əzib, zirvəyə yaxınlaşdı - VİDEO
Nəticəsi ləğv olunan "Kasımpaşa" - "Beşiktaş" matçı yenidən keçirilib. Fanat.az xəbər verir ki, TFF-nin qərarı ilə yenidən keçirilən matçda "Qara Qartal" 3:0 hesablı qələbə qazanıb.
Hesabı 26-cı dəqiqədə Hüqo Almeyda açıb. 8 dəqiqə sonra Pedro Franko fərqlənib. 44-cü dəqiqədə isə Veli Kavlak matçda son nöqtəni qoyub. 49-cu dəqiqədə "Beşiktaş"dan Serdar Kurtuluş qırmızı vərəqə alsa da, "Kasımpaşa" qol vura bilməyib.
Bu qələbədən sonra "Beşiktaş"ın aktivindəki xal sayı 39-a çatıb. İndi "Qara Qartal" lider "Fənərbaxça"dan 5, "Qalatasaray"dan 1 xal geri qalır.
Qeyd edək ki, Super Liqanın XV turunda keçirilmiş "Kasımpaşa" - "Beşiktaş" matçında meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdı. Lakin oyun zamanı bir neçə saniyə meydanda iki top olduğu üçün TFF matçın nəticəsini ləğv etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər