"Partizan"ın prezidenti Draqan Curiç Azərbaycanın Serbiyadakı səfirliyinə müraciət edib. Fanat.az xəbər verir ki, buna səbəb Belqraddakı Daş Meydanında mərhum prezident Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin qarşısında qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının qoyulması olub.
Curiçin məktubunda deyilir: “Partizan” FK “Neftçi” və bizim klub arasındakı matçlara kölgə salmaq istəyən ekstremal təxribat və insidentlərə görə dərin təəssüf və son dərəcədə narazılığını bildirir. “Partizan” bu zorakı davranışı və idmandan siyasi məqsədlərlə istifadə edənləri qətiyyətlə pisləyir. Hesab edirik ki, bu, Azərbaycan və Serbiya arasında sıx münasibətləri və əməkdaşlığı pozmağa, iki xalq arasında dostluq və birliyə zərər vurmaq cəhdidir. Əminik ki, bu cəhd uğursuzluğa düçar olacaq və insidentdə günahkarlar hüquqi məsuliyyətə cəlb olunacaq. Zəhmət olmasa, Azərbaycan ictimaiyyətinə çatdırın ki, xalqlarımız arasında dostluq ənənələrimizi idman sahəsində də qurmağa və yüksəltməyə davam etməkdə maraqlıyıq".
Fanat.az