"Yaxşı motivasiyamız və qələbə arzumuz var. Bakıda 1:0 və ya 2:1 hesabı da bizi qane edəcək". Fanat.az xəbər verir ki, bu sözləri "Partizan"la oyunla bağlı danışan "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç deyib.
UEFA-nın rəsmi saytına açıqlama verən serb qolkiper əsas hədəflərini açıqlayıb: "Əsas hədəfimiz yenidən Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bu faktdı ki, "Neftçi" heç zaman müdafiə futbolu oynamayıb. Azarkeşlərimizin güclü dəstəyi sayəsində "Partizan"dan qisas alacağıq".
Saşa 2:3 hesabı ilə yenildikləri ilk oyunla bağlı da danışıb: "Hələ oyundan öncə "Partizan"ın favorit olduğunu söyləmişdim. Belqradda oyuna çox yaxşı başladıq. İki qol vurduq, hesabı artırmalı idik. Ancaq təəssüf ki, buna nail olmadıq. Nəticədə məğlub olduq. Lakin bu hesab bizə qrup mərhələsində oynamaq ümidi verir. Səfərdə iki qol vurub, minimal hesabla məğlub olmaq yaxşı nəticədi".
Fanat.az