"Partizan"dan daha çox şey gözləyirdim"

"Partizan"dan daha çox şey gözləyirdim"

"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının plye-off mərhələsininin ilk oyununda Serbiyada "Partizan"dan alınan 2:3 hesablı məğlubiyyətdən sonra oyun haqda fikirlərini bölüşüb. Fanat.az Serbiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli əlcək sahibi komandasının qrup mərhələsinə düşmək şanslarını yüsək dəyərləndirib.

Stamenkoviç rəqib haqda yüksək fikir söyləyərək, pərişan olduqlarını da dilə gətirib: "Məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə yüksəlmək üçün yaxşı şanslarımız var. Ancaq nəticə bizi məyus edir. Hesabda 2:0 öndə ola-ola uduzmaq yolverilməzdi. Etiraf edim ki, cütlüyün favoriti sayılan "Partizan"dan daha çox şey gözləyirdim. Ancaq indi mərhələ adlamaq üçün əla şans yaxalamışıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər