"O, əla oyunçudu, amma..."- Reynaldo milliləşdirilsinmi?

"O, əla oyunçudu, amma..."- Reynaldo milliləşdirilsinmi?

“Reynaldo əla oyunçudu. Sürətlidi, yaxşı keçidləri var, ustalıq səviyyəsi yüksəkdi. Amma mən onun milliləşdirilməsinin əleyhinəyəm”. Bu sözləri Fanat.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

Hazırda işsiz olan təcrübəli mütəxəssis gündəmdəki məsələyə münasibət bildirərkən fikrini belə əsaslandırıb: “Ondan qabaq Azərbaycan pasportu alıb yığmaya çağırılanlar nə verdi ki? Ernani Pereyra, Andre Ladaqa, Branimir Subaşiç məgər yığmanı böyük uğurlara daşıdı? Aralarındsa Branimir hardasa, bəzi oyunlarda ön plana çıxdı. Ancaq o da ümidləri istənilən səviyyədə doğrultmadı. Reynaldo Subaşiçdən güclü ola bilər. Lap ondan artığını da etməsi mümkündü. Bununla belə, yığmada yerlilərin oynamasının tərəfdarıyam. Azə

Azərbaycanlı futbolçuların qarşısını legionerlərlə kəsməməliyik. Kimisə milliləşdirmək müvəqqəti güclənmə cəhdidi. İnkişaf üçün əsaslı planlar tətbiq edilməlidi”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər