Milan "İnter"i Avroliqanın qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəyi matç ərəfəsindəbəd xəbərlər alıb. Fanat.az xəbər verir ki, komandanın üç aparıcı futbolçusu A Seriyasının son turu çərçivəsində keçirilmiş "Kalyari" ilə oyunda (1:4) sıradan çıxıb.
Belə ki, Dodo, Mateo Kovaçiç və Nemanya Vidiç zədədən əziyyət çəkir. Sözügedən futbolçulardan hər hansının təmsilçimizə qarşı oynamaq şansı möcüzəyə bərabərdir.
Qeyd edək ki, onlardan öncə "İnter" Uqo Kampanyaro və Jonatanın da xidmətindən məhrum olmuşdu.
Fanat.az