"Neftçala" uduzdu, "Araz" zirvəni qorudu

"Neftçala" uduzdu, "Araz" zirvəni qorudu
I divizionda qış fasiləsi başa çatıb və II dövrəyə start verilib. Fanat.az xəbər verir ki, fevralın 7-8-9-da XVI turun oyunları keçirilib.
İlk oyun günündə bir qarşılaşma baş tutub. Günün yeganə oyununda ikinci pillədə qərarlaşmış "Qaradağ" səfərdə "Energetik"i 2:0 hesabı ilə yenib. 
İkinci oyun günündə 4 matç keçirilib. "Karvan" səfərdə "Lokomotiv"i 5:2 hesabı ilə yenib. Əli Bağırov bu oyunda 3 qola imza atıb.
"Şahdağ" "Göyəzən"i darmadağın edib - 6:0. Qusar təmsilçisinin 6 qolundan 5-nə Sərxan Ağayev imza atıb.
"Şuşa" - "Turan-T" oyunu 2:2 hesabı ilə başa çatıb. "Kəpəz" isə evdə "Mil-Muğan"ı 2:0 hesabı ilə yenib. 
Tura bu gün keçirilən 3 oyunla yekun vurulub. Lider "Araz" "Bakılı"nın qonağı olub. 12-ci dəqiqədə Bəxtiyar Soltanovun vurduğu qol Naxçıvan təmsilçisinə qələbə qazandırıb - 1:0.
"Ağsu" - "Neftçala" qarşılaşmasında 5 qol qeydə alınıb. Rəqibindən daha çox fərqlənən ağsulular 3:2 hesablı qələbəyə sevinib. 4 qolun qeydə alındığı MOİK - "Şəmkir" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
I divizion
2013/14 mövsümü
II dövrə, XVI tur
7 fevral
Energetik - Qaradağ 0:2
Qollar: Ramal Hüseynov, 19. Anar Həsənov, 80-pen.
8 fevral
Lokomotiv - Karvan 2:5
Qollar: Nicat Əsgərov, 3. Ülvi Quliyev, 68 - Əli Bağırov, 28; 36; 46. Azər Məmmədov, 54. Teyyub Hüseynov, 71.
Şahdağ - Göyəzən 6:0
Qollar: Sərxan Ağayev, 26; 30; 67; 73; 84. Natiq Abbasov, 77.
Şuşa - Turan-T 2:2
Qollar: Ramil Əliyev, 25. Məhəmməd Xəlilov, 52-pen - Rəşad Piriyev, 2. Asəf Qədiri, 48.
Kəpəz - Mil-Muğan 2:0
Qollar: Elmin Əlizadə, 6. Xəyal Mustafayev, 72.
9 fevral
Bakılı - Araz 0:1
Qol: Bəxtiyar Soltanov, 12.
MOİK - Şəmkir 2:2
Qollar: Turan Tahirzadə, 49. Azad Kərimov, 85 - Anar Rzayev, 46. Rafəddin Hüseynov, 52.
Ağsu - Neftçala 3:2
Qollar: Fərrux Əliyev, 19. Qalib Əmrahov, 45. Elvin Cəbrayıllı, 74 - Ceyhun Abdullayev, 21. Məhəmməd Alıyev, 56.

1

Araz

16

14

1

1

31-5

43

2

Qaradağ

16

12

3

1

32-5

39

3

Neftçala

16

10

2

4

35-12

32

4

Şahdağ

16

9

3

4

33-8

30

5

Şuşa

16

9

3

4

35-14

30

6

Turan-T

16

8

3

5

29-19

27

7

Ağsu

16

8

3

5

21-16

27

8

Karvan

16

7

3

6

25-31

24

9

Lokomotiv

16

7

0

9

23-33

21

10

MOİK

16

5

5

6

22-25

20

11

Mil-Muğan

16

4

3

9

11-21

15

12

Bakılı

16

4

3

9

19-33

15

13

Kəpəz

16

4

3

9

17-20

15

14

Şəmkir

16

3

5

8

11-24

14

15

Energetik

16

1

3

12

5-44

6

16

Göyəzən

16

1

1

14

6-48

4

Bombardirlər: Sərxan Ağayev (Şahdağ) - 13. David Canalidze (Araz) - 12. Əli Bağırov (Karvan) - 11. Elvin Adışirinli (Şuşa), Ceyhun Abdullayev (Neftçala) - 10. Tural Qürbətov (Lokomotiv) - 9. Novruz Ələkbərov (Qaradağ) - 8. Məhəmməd Bədəlbəyli (MOİK) - 7.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər