“Sent-Etyen”in türk hücumçusu Mövlud Ərdincin Fanat.az-a müsahibəsi
- Oyun haqda nə deyə bilərsən?
- Bakıda qələbə qazanmaq istəyirdik. Ancaq 1 xal da səfərdə pis nəticə deyil. Maraqlı oyun alındı. Etiraf edim ki, rəqibin qol imkanları daha çox oldu. “Qarabağ” çox yaxşı oynadı. Matçın gedişini nəzərə alsaq, heç-heçəyə görə sevinməliyik.
- “Qarabağ”ın belə oynayacağını gözləmirdiz?
- Düzü, püşkatmadan sonra Bakıdan 3 xalla dönəcəyimizi düşünürdük. Əlbəttə ki, bu rəqibi tanımırdıq. Təmsilçinizin oyunlarına baxdıq. Təhlillər zamanı təhlükəli kollektiv olduğunu anladıq.
- “Sent-Etyen” müdafiədən oynadı. Bu sizin oyun üslubunuzdu, yoxsa hər matça fərqli hazırlaşırsız?
- Tapşırıq necəydisə, elə də oynadıq. Əks-hücumlarda qol vurmaq istəyirdik, alınmadı. İrəli atılsaydıq, yəqin ki, qol və ya qollar buraxardıq.
- “Qarabağ”ın heyətində hansı futbolçuları bəyəndiz?
- Rəqib komanda şəklində xoş təsir bağışladı. Həm hücumda, həm də müdafiədə inamlı göründülər.
- Komandanızın qarşısına qoyulan tapşırıq nədi?
- Qrupdan çıxmağa çalışacağıq. Buna nail olub-olmayacağımızı isə zaman göstərəcək.
- Şəhəri gəzmək imkanınız oldu?
- Oyundan öncə qrup şəkilndə gəzdik. Bakıda bundan əvvəl də olmuşam. Türkiyənin gənclərdən ibarət yığmasının heyətində gəlmişdim. Bakı gözəl şəhərdi. Həm tarixidi, həm də müasir.
- Özünə qarşı münasibətdən razı qaldın?
- Yalnız xoş münasibət gördüm. Özümü Türkiyədəki kimi hiss etdim. Oyundakı tərəfdar dəstəyi də Türkiyədəkini xatırlatdı. Azarkeşlər möhtəşəm idi.
- Əvəzləndiyin zaman səni fitə basdılar...
- Bura “Sent-Etyen”in futbolçusu kimi gəlmişəmsə, normal haldı. Onlardan inciməyə dəyməz.
- “Sent-Etyen” öz meydanında da “Qarabağ”a qarşı müdafiəyəmeyilli, ehtiyatlı oynayacaq?
- Bunu indidən demək çətindi. Baxır həmin matç üçün veriləcək tapşırığa. Baş məşqçi necə məsləhət görsə, elə də oynayacağıq.
Fanat.az