"Məndən olsaydı, hər ikisini Xəzərə tullayardım"

"Məndən olsaydı, hər ikisini Xəzərə tullayardım"
"Kiyevdə baş verənlər vətəndaş müharibəsi deyil, “bardak”dı". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin əslən ukraynalı futbolçusu və “Qəbələ”nin kapitanı Vladimir Levin deyib.
 
30 yaşlı müdafiəçinin fikrincə, Rusiya Ukrayna uğrunda Avropa ilə mübarizə aparır: “ABŞ Ukraynanı öz tərəfinə çəkdikdən sonra Rusiya sərhədlərinə yaxınlaşacaq. Bunu Rusiya gözəl başa düşür. Həm Rusiyanın Ukrayna uğrunda mübarizəsini, həm də Ukraynanın bu addımını normal saymıram. Çünki bundan əhalinin 95 faizi əziyyət çəkir. Doğmalarım Ukraynanın başqa bölgələrində yaşayırlar. Amma Kiyevdə tanışlarım var ki, hətta uşaqlarını bağçaya apara bilmirlər”.   
 
Levin toqquşmalarda iştirak edən tərəflərin heç birinə haqq qazandırmayıb. O, Ukrayna hakimiyyəti və müxalifəti liderlərini sərt tənqid edib: “Bunlar bir çox siyasətçinin işidi. Məndən olsaydı, Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət lideri Arseni Yatsenyuku Xəzər dənizinə tullayardım. Müxalifətçiləri dəstəkləyən Vitali Kliçkoya gəldikdə, o, dahi idmançıdı. Başa düşürəm ki, müxalifətçilər populyarlığından yararlanaraq, öz sıralarına cəlb ediblər. Amma Kliçko siyasətə qarışmaqla bir çox insanın gözündən düşdü”.
 
Qeyd edək ki, Vladimir Levin peşəkar karyerasına Ukraynanın Odessa şəhərini təmsil edən “Çernomorets II”də başlayıb. 2005-ci ildən Levin Azərbaycan karyerasına start verib. O, Bakı “İnter”inə keçdikdən bir il sonra - 2006-cı il iyulun 28-də Azərbaycan vətəndaşlığını qəbul edib və millimizə cəlb olunub. Təcrübəli müdafiəçi ötən ilin yayında “Qəbələ”yə keçib.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər