"Mən işləyəndə əsas yığmaya 7-8 oyunçu vermişdik"

"Mən işləyəndə əsas yığmaya 7-8 oyunçu vermişdik"

Bernhard Lippertin Portuqaliya ilə oyundan sonra U-21-in baş məşqçi postundan getməyə hazırlaşdığını bilirsiz. Alman mütəxəssis işlərinin çoxluğunu əsas gətirərək bu addımı atmaqda qərarlıdı. Əlbəttə, onun yerini kimin tutacağı hələ bəlli deyil. Amma ölkədə işsiz mütəxəssislərin sayı çoxdu. Fanat.az-a açıqlama verən mütəxəssislərin fikirləriylə tanış olun:

Ağasəlim Mircavadov: “Niyə işləmirəm ki? 1999-2000-ci illərdə işləmişəm. O vaxt əsas milliyə 7-8 oyunçu vermişdik. Düzdü, “Şəfa”dan gələn 1979-cu il təvəllüdlü həmin futbolçuların yetişməsində klub məşqçilərinin də əməyi böyük idi. Samir Əliyev, Zaur Tağızadə, Elçin Rəhmanov, Cahangir Həsənzadə və başqaları parladı. O vaxtki şəraitlə indiki də bir deyildi. Təlim-məşq toplanışları keçirilmirdi, hər şeyi çətinliklə edirdik. Bu gün elə deyil axı… U-21-in heyətində çox potensiallı uşaqlar var. Bu komandayla həm nəticə qazanmaq, həm də əsas milliyə futbolçu vermək üçün çalışmaq olar”.

Yunis Hüseynov: “Mənə təklif göndərən olsa, işləyərəm. Komandanı tanımağa müəyyən vaxt gedər. Bu gün “Lippertən yaxşı işləyərəm, filan qədər xal qazanaram” deməyim düzgün çıxmaz. Ancaq işə başlamağa, bacardığımı ortaya qoymağa hazır olaram”.

Vaqif Sadıqov: “Millidə işləyən istənilən şəxs bütün gücüylə çalışmalıdı. Fikrimcə, komandada yeni məşqçiyə ehtiyac var. Kиm olursa, olsun, yeni kadr olsun. Futbolun ildən-ilə inkişaf etməsinə çalışırıqsa, milli dəyərlərdən sayılan yığmanın “artırması” naminə hamımız çalışmalıyıq. Mən işləmişəm, özü də 3 dəfə yığmada baş məşqçi olmuşam. Həmişə də həvəslə çalışmışam. Fərqi yoxdu, əsas yığma, U-21, milli millidi. Bu dəfə indiyədək işləməyən birinə şans verilməlidi”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər