"Lippert məni inandırdı ki..."

"Lippert məni inandırdı ki..."

"Antalya toplanışından sonra Bernhard Lippert məni inandırdı ki, yenidən dəvət alacağam. Qarşıda üç təsnifat oyunumuz var və məşqçi inanılmış, yoxlanılmış oyunçulara güvənəcək. Ancaq bundan sonra, mən mütləq Azərbaycan yığmasında oynayacağam". Fanat.az xəbər verir ki, bu sözləri Almaniyanın “Hammer” klubunun və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Dursun Akdağ deyib.

Futbolçunun sözlərinə görə, dil ilə bağlı çətinliyi var: “Azərbaycan və türk dilləri qohum dillər olsa da, fərq var. Buna rəğmən, yeni şərtlərə tez alışa bildim. Bir neçə yoldaşlıq oyununda iştirak etdim. Mənə elə gəlir ki, mən məşqçi heyətinin diqqətini cəlb edə bildim”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər