Yeni idman saytı fəaliyyətə başlayıb. Fanat.az xəbər verir ki, komanda.az saytı bu gün oxucularla görüşə gəlib.
Fanat.az komanda.az-ın kollektivini təbrik edir və uğurlar diləyir. Arzu edirik ki, tez bir zamanda aparıcı saytlardan birinə çevrilib, idman mediasında layiq olduqları yeri tutsunlar.
Qeyd edək ki, "Komanda" qəzeti ötən ay maliyyə problemlərinə görə nəşrini dayandırıb. Qəzetin kollektivi fəaliyyətini komanda.az saytında davam etdirmək qərarına gəlib.
Fanat.az