"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Dnepr"in çalışdırıcısı Miron Markoviç Ukrayna mətbuatına müsahibə verib. Fanat.az təcrübəli mütəxəssisin qrup mərhələsindəki rəqiblər haqda fikirlərini diqqətinizə çatdırır.
- Püşkatmanın nəticələri Sizi qane etdimi?
- "İnter"lə oynamaq böyük şərəfdi. Eyni sözləri Fransa təmsilçisi barədə də söyləyə bilərəm. "Sent-Etyen"in şanl tarixində Çempionlar Liqasının finalında oynamaq kimi səhifə var. "Qarabağ"a gəlincə, bu komanda sürprizə imza atmağa qadirdi. Pley-off mərhələsində azərbaycanlılar "Tvente"ni sıradan çıxarıblar. Hollandiya təmsilçisini zərərsizləşdirmək sizə zarafat gəlməsin.
Fanat.az