"Çox şadıq ki, Berti Foqts kimi bir mütəxəssis bizimlə işləyəcək. Onun həm futbolçu və həm də məşqçi kimi böyük təcrübəsi var. Böyük yarışlarda qalib gəlməyin yollarını bilir". Fanat.az xəbər verir ki, ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann deyib.
ABŞ Futbol Federasiyası və AFFA bu il Braziliyada keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunması barədə razılıq əldə edib. ABŞ yığmasının çalışdırıcısı bu təyinatdan razı qalıb: "Foqts 1990-cı illərdə mənim məşqçim olub və onunla çox yaxşı münasibətlərimiz var. Əminəm ki, o, bizim DÇ-dəki rəqiblərimizi yaxşı tanıyır. Belə ki, o, Nigeriya, Şotlandiya və Azərbaycan yığmalarını dünya çempionatındakı rəqiblərimizlə yaxşı tanışdı və bu bizim üçün böyük bonusdu".
Qeyd edək ki, ABŞ DÇ-2014-ün G qrupunda mübarizə aparacaq. Bu qrupda amerikalılardan başqa, Almaniya, Qana və Portuqaliya milliləri qərarlaşıb.
Fanat.az