"Fıştırığı qana batanlar"ın sonu -ƏLVAN TOP RUBRİKASI

"Fıştırığı qana batanlar"ın sonu -ƏLVAN TOP RUBRİKASI

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun yetirmələrini şərəfsizlikdən çəkindirmək üçün dəridən-qabıqdan çıxdığını bilirik. “Səhvlər olub, var və olacaq” deməkdən yorulmayan sədrin “fıştırığı qana batanların” kökünü kəsmək arzusunun sonda nə ilə nəticələnəcəyini isə zaman göstərəcək. 

Əlbəttə, bu gün Azərbaycanda and içmək peşə şərəfindən, Allah qorxusu insan vicdanından öndədi. Əminik ki, hər turdan əvvəl ədalət təmsilçilərini təlimatlandıran Xaqani bəy artıq tamahın nə ilə nəticələnəcəyi haqda müxtəlif fikirlər səsləndirir, PFL prezidenti  Ramin Musayev “bajoğlu eşidəm, biləm, səni... “ deyir.

Təlimatlandırma prosesində böyük ekranda bu karikaturanı assalar, yaxşı olar. Mənəviyyatlılar təbəssüm, şərəfsizlər xofla qarşılasın. Hər halda xeyri dəyər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər