Türkiyənin PTT 1-ci liqasında XXIX tura yekun vurulub. Fanat.az xəbər verir ki, Davud Kəriminin çıxış etdiyi "Fethiyespor" "Manisaspor"u qəbul edib.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qapını Sammi Ndyocka tapşıran "Fethiyespor"un baş məşqçisi Engin İpekoğlu Davudu ehtiyatda saxlayıb.
Qeyd edək ki, 29 oyunda 29 xal toplayan "Fethiyespor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.az