"Fənərbaxça"nın Divan Kurulunun başqanı Yüksəl Günay vəfat edib. Fanat.az xəbər verir ki, 86 yaşlı klub rəsmisi bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
"Fənərbaxça" rəsmi saytı vasitəsi ilə başsağlığı mesajı yayımlayıb: "Uzun illərdi "Fənərbaxça"da bir çox vəzifəni tutan Yüksək Divan Kurulunun başqanı Yüksel Gunayı itirməyin üzüntüsünü yaşayırıq. "Fənərbaxça" dəyərlərinə bağlılığı ilə yeni nəsillərə “Fənərbaxça” sevgisi aşılayan dəyərli isim Yüksəl Günaya Allahdan rəhmət, kədərli ailəsinə, “Fənərbaxça” camiəsinə və sevənlərinə baş sağlığı diləyirik. Məkanı cənnət olsun".
"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım da başsağlığı verib: "Həyatını "Fənərbaxça"ya xidmətə həsr etmiş dostum Yüksel Günayı itirməyin acısını yaşayıram. "Fənərbaxça" damı altında uzun illər birlikdə çalışdığım dəyərli böyüyüm Yüksel Günaya Allahdan rəhmət, kədərli ailəsinə, dostlarına və bu acını paylaşan bütün camiəmizə başsağlığı diləyirəm. Məkanın cənnət olsun".
"Fənərbaxça"nın əzəli rəqibləri - "Qalatasaray" və "Beşiktaş" da başsağlığı mesajı yayımlayıb.
Fanat.az