"Fasilə hamıdan çox bizim xeyrimizə oldu"

"Fasilə hamıdan çox bizim xeyrimizə oldu"
“Bilirsiniz ki, Premyer Liqada fasilədi. Bu hamıdan çox bizim xeyrimizə oldu. Çünki komandamız çempionata təlim-məşq toplanışı keçirmədən qatılmışdı. Ona görə də bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışırıq". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca deyib.
Türk məşqçi ikinci mərhələdə taktiki çalışmalara üstünlük verəcəklərini bildirib: "Təlim-məşq toplanışının ilk mərhələsini köməkçilərimlə birgə əsasən sürətli və texniki çalışmalar, həmçinin fərdi çatışmazlıqların aradan qaldırılması üçün təmrinlər üzərində qurmuşuq. İkinci mərhələdə məşqlərdə intensivliyi səngidib əsasən taktiki çalışmalar üzərində işləyəcəyik”.
Qeyd edək ki, "Bakı" bu gün "Neftçi" ilə yoxlama oyunu keçirəcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq oyun saat 16.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər