İspaniya "Kral Kuboku"nun final matçının tarixi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Real" və "Barselona" arasındakı matç aprelin 16-da Valensiyadakı "Mestalla" stadionunda baş tutacaq.
İki klubun təmsilçiləri ilə İspaniya Futbol Federasiyasında (RFEF) keçirilən toplantıdan sonra matçın vaxtı da açıqlanıb. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00.30-da çalınacaq. Hər iki komanda üçün "Mestalla" stadionuhda 20 min yer ayrılıb.
Qeyd edək ki, "Kral Kuboku"nu "Barselona" 26, "Real" 18 dəfə qazanıb. Əəzəli rəqiblər kubokda indiyədək 32 dəfə qarşılaşıb. Bu oyunların 14-də "Barselona", 11də "Real" qələbə qazanıb, 7 matç isə sülhlə bitib.
Fanat.az