"Dvalini çoxdan istəyirdik” -MÜSAHİBƏ

"Dvalini çoxdan istəyirdik” -MÜSAHİBƏ

Yanvarın 7-dən 26-dək Türkiyənin Bələk qəsəbəsində hazırlıq keçən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fanat.az-a müsahibə verib.

- Təlim-məşq toplanışından razı qaldız?

- Plan üzrə hazırlaşdıq. Ümumi durumdan və futbolçuların hazırlıq zamanı səylə çalışmasından razıyam. “Volın”la nəzərdə tutulan 4-cü yoxlama görüşünü keçirə bilsəydik, lap yaxşı olardı. Təəssüf ki, yağış imkan vermədi. Rəşad Sadıqovun kollektiv çalışmalara qatılmaması, Nikolas Gelaşvilinin zədə alması isə təbii ki, ziyanımızadı.

- Hələ Premyer Liqanın qalan oyunlarının başlamasına bir neçə gün var. Bu müddətdə yerli komandaların biriylə daha bir sınaq matçı oynamaq fikriniz varmı?

- Böyük ehtimalla, oynamayacağıq. Çünki elita təmsilçilərinin əksəriyyəti hazırlığını başa vurub geri qayıdır.

- Jaba Dvalini Tiflis “Dinamo”sundan icarəyə götürdüz. Bu futbolçu haqda nə deyə bilərsiz?

- Açığı, onu çoxdan istəyirdik. Hələ yayda heyətimizə qatmağı müzakirə etmişdik. İnşallah, ümidləri doğruldanlardan olar.

- “Qazprom Transqaz”dan gələn Fərhad Qıstarovu sonadək düşərgədə saxlasaz da, geri göndərdiz...

- Gənc futbolçuları növbəti mövsümdən tətbiq ediləcək limitlə bağlı baxışa çağırmışdıq. Qıstarova yetərincə şans verildi və son nəticədə uyğun bildiyimiz qərarı açıqladıq.

- Bəs Ukrayna “Dnepr”inin əvəzedici komandasından dəvət edilən Dmitri Nağıyev necə?

- Onunla müqavilə imzalayıb-imzalamayacağımızı konkretləşdirməmişik (Bu gün Qurbanovun Dmitrinin xidmətindən imtina etdiyi dəqiqləşdi).

- Portuqaliya “Maritimo”sundan transfer etmək istədiyiniz Danilo Diasın keçidi alınmadı?

- Məsələ açıq qalır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər