Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək final mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, tədbir martın 12-də, saat 15.00-da “Hilton” otelində təşkil olunacaq.
"Barselona" (İspaniya), "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan) və Azərbaycan çempionu "Araz"ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları aprelin 24-də və 26-da keçiriləcək.
Fanat.az