"Dnepr"dən darmadağın

"Dnepr"dən darmadağın

Yığma komandaların AÇ-2016-nın seçmə oyunları ilə əlaqədar yaranan ölkə çempionatlarındakı fasilədə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqi Ukrayna "Dnepr"i yoxlama görüşü keçirib. Fanat.az xəbər verir ki, Miron Markeviçin yetirmələri darmadağına seviniblər.

Zaçepilovsk "Kolos"u ilə qarşılaşan "Dnepr" 6:1 hesabı ilə qələbəni bayram edib.

Maraqlıdır ki, ilk qol "Kolos"dan gəlib. Lakin 14-cü dəqiqədə buraxılan qola 7 dəqiqə sonra Duqlas dəqiq zərbəylə cavab verib.

Fasildən sonra isə dnepropetrovskluların heyətində Blizniçenko, Çeberyaçko (2), Kaliniç və Luçkeviç fərqləniblər.

Qeyd edək ki, zədə səbəbindən uzun sürən fasilədən sonra "Dnepr"in heyətində Yevgeni Konoplyanka da yer alıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər