Topaz Premyer Liqasının V turunda mövsümün ilk "Böyük oyun"u baş tutacaq. Fanat.az xəbər verir ki, sentyabrın 13-də keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçının hakimləri açıqlanıb.
Qarşılaşmanı Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. FIFA referisinə Mehman Mahmudovla Mübariz Haşımov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.
Fanat.az