"Böyük oyun"lardan maraqlı FOTOLAR

"Böyük oyun"lardan maraqlı FOTOLAR
Bu gün Premyer Liqada mövsümün 4-cü "Böyük oyun"u baş tutacaq. "Neftçi" və "Xəzər Lənkəran" cari mövsümdə 3 dəfə Premyer Liqada, 1 də Superkubok uğrunda matçda qarşılaşıb.
Premyer Liqanın IV turuna təsadüf edən əzəli rəqiblərin ilk qarşılaşması avqustun 25-də Lənkəranda keçirilib və 0:0 hesabı ilə başa çatıb. Oktyabrın 23-də "Neftçi" və "Xəzər Lənkəran" Naxçıvanda Superkubok matçına çıxıb. Bu qarşılaşmada lənkəranlıla 2:1 hesablı qələbə qazanıb. Rəqiblər cəmi 10 gün sonra - Premyer Liqanın XII turunda "Bakcell Arena"da üz-üzə gəlib. Bu dəfə "ağ-qaralar" meydandan qələbə ilə ayrılıb - 4:1. Və nəhayət hələlik son "Böyük oyun" XX turda baş tutub. Fevralın 9-da Lənkəranda keçirilən derbi matçı 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bugünkü "Böyük oyun" cari mövsüm üçün son olmaya bilər. Belə ki, hər iki komandanın Azərbaycan Kubokunun finalına çıxmaq şansı var. "Neftçi" "Rəvan"ı, "Xəzər Lənkəran" "Qəbələ"ni udsa, mövsümün son matçı əzəli rəqiblər arasında baş tuta bilər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər