Topaz Premyer Liqasında XXVIII turun oyunlarına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, Hakimlər Komitəsi "Böyük oyun"a sürpriz hakim təyin edib.
"Neftçi" - "Xəzər Lənkəran" oyununun Əliyar Ağayevə tapşırılacağı gözlənilsə də, komitə fərqi addım atıb. Belə ki, matçı Orxan Məmmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
"Qarabağ" - "Qəbələ" oyununda ədaləti Rəhim Həsənov qoruyacaq. Bu gün keçiriləcək "Sumqayıt" - AZAL görüşü Fariz Yusifova tapşırılıb. "Bakı" - "Simurq" matçında Ömər Paşayev, "İnter" - "Rəvan" görüşündə Elvin Əsgərov fit çalacaq.
28 mart
Sumqayıt - AZAL
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Kərim Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00
29 mart
Bakı - Simurq
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bakı”nın təlim-məşq bazasının stadionu, 15:00
Neftçi - Xəzər Lənkəran
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
“Bakcell Arena”, 17:00
30 mart
İnter - Rəvan
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Rövşən Əhmədov
“Şəfa” stadionu, 17:00
Qarabağ - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu, 18:00
Fanat.az