“Neftçi” və “Xəzər Lənkəran” arasındakı qarşılaşmalar “Böyük oyun” adlanır. Bunun səbəbi isə iki komanda arasında güclü rəqabətin olmasıdı. Bolqarıstanda “Levski” və ÇSKA (Sofiya) arasındakı oyunlarda olduğu kimi bu iki komanda arasında gərgin mübarizə gedir. Bu turda biz “Neftçi” ilə qarşılaşacağıq. Mütləq qələbə qazanmalıyıq. Çünki "Neftçi" üzərindəki qələbənin bizə çox xeyri dəyər". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Qalin İvanov deyib.
Bolqarıstan mətbuatına danışan futbolçu həfələrini açıqlayıb: “Komandamız Premyer Liqada 7-ci yerdədi. Amma bu pillədə olmağımızı bəxtsizliklə əlaqələndirərdim. “Xəzər Lənkəran” böyük hədəfləri olan klubdu. Məqsədimiz çempion olmaq və Avropada oynamaqdı".
İvanov Bakının Lənkərandan gözəl olduğunu bildirib: "Azərbaycanda həyat normaldı. Burda yaşamaqla bağlı heç bir problemim yoxdu. Lənkəran elə də böyük şəhər deyil. Bakı daha gözəldi. Çünki paytaxtdı”.
Fanat.az