"Böyük oyun" XX turu tarixə saldı

"Böyük oyun" XX turu tarixə saldı
Premyer Liqanın XX turunda mövsümün rekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, bu tur azarkeş sayına görə birinci olub.
Belə ki, 5 qarşılaşmanı 16100 nəfər izləyib. Bu isə hər matça orta hesabla 3220 nəfər deməkdi. Ən çox fanat "Xəzər Lənkəran" - "Neftçi" oyunun izləyib - 11000 nəfər. AZAL - "Sumqayıt" oyunu isə turun ən az marağa səbəb olan matçı olub - 300 nəfər.
Xəzər Lənkəran - Neftçi (11.000 tamaşaçı)
Qəbələ - Qarabağ (2800 tamaşaçı)
Simurq - Bakı (1500 tamaşaçı)
Rəvan - İnter (500 tamaşaçı)
AZAL - Sumqayıt (300 tamaşaçı)
"Xəzər Lənkəran" - "Neftçi" oyunu mövsümün həm də ən çox tamaşaçı toplaşan oyunu olub. Bundan əvvəlki rekord da "Böyük oyun"da qeydə alınmışdı. Belə ki, IV turda Lənkəranda baş tutmuş qarşılaşmanı 10 min nəfər izləmişdi. Ötən turun "Sumqayıt" - "Qəbələ" oyununda isə mövsümün antirekordu qeydə alınıb - 100 nəfər.
Ümumilikdə 20 turun 100 oyununu 162550 nəfər izləyib. Bu hər matçda orta hesabla 1625 nəfər olması deməkdi.

Turlar üzrə azarkeş sayı

Tur

Azarkeş

Orta hesabla

I

8500

1700

II

10600

2120

III

11100

2220

IV

13450

2690

V

6000

1200

VI

10550

2210

VII

5450

1090

VIII

10400

2080

IX

5800

1160

X

7550

1510

XI

8950

1790

XII

5000

1000

XIII

8700

1740

XIV

3700

740

XV

8050

1610

XVI

7200

1440

XVII

8050

1610

XVIII

5700

1140

XIX

1700

340

XX

16100

3220

Cəmi

162550

1625

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər