"Böyük oyun" bitdi, azarkeş itdi

"Böyük oyun" bitdi, azarkeş itdi
Premyer Liqanın XXI turunun oyunlarını 8000 azarkeş izləyib. Bu hər oyuna orta hesabla 1600 nəfərin toplaşması deməkdi.
Ən çox fanat "Qarabağ" - "Xəzər Lənkəran" oyununu izləyib - 2800. Ən az tamaşaçı isə paytaxt derbisinə toplaşıb. Belə ki, "Bakı" - "Neftçi" matçında stadionda cəmi 1000 nəfər olub.
Qəbələ - Xəzər Lənkəran (2800 tamaşaçı)
Simurq - İnter (1500 tamaşaçı)
Qarabağ - AZAL (1500 tamaşaçı)
Sumqayıt - Rəvan (1200 tamaşaçı)
Bakı - Neftçi (1000 tamaşaçı)
Ümumilikdə 21 turun 105 oyununu 170550 nəfər izləyib ki, bu da hər oyuna 1624 nəfər deməkdi. Mövsümün rekordu ötən tur qeydə alınıb. Belə ki, XX turun 5 oyununu 16100 nəfər canlı izləyib. Turun "Xəzər Lənkəran" - "Neftçi" matçı da mövsümün rekordudu - 11000 tamaşaçı. XIX turun "Sumqayıt" - "Qəbələ" qarşılaşmasında isə mövsümün anti-rekordu qeydə alınıb - 100 tamaşaçı.

Turlar üzrə azarkeş sayı

Tur

Azarkeş

Orta hesabla

I

8500

1700

II

10600

2120

III

11100

2220

IV

13450

2690

V

6000

1200

VI

10550

2210

VII

5450

1090

VIII

10400

2080

IX

5800

1160

X

7550

1510

XI

8950

1790

XII

5000

1000

XIII

8700

1740

XIV

3700

740

XV

8050

1610

XVI

7200

1440

XVII

8050

1610

XVIII

5700

1140

XIX

1700

340

XX

16100

3220

XXI

8000

1600

Cəmi

170550

1624

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər