"Monako"nun veteran müdafiəçisi Erik Abidalın müsahibəsi
- Erik Abidal PSJ ilə matçı necə dəyrləndirir?
- Həm biz, həm də parislilər üçün yaxşı oyun oldu. Bir neçə qol vəziyyəti yaradıb, onaları narahat etməyi bacardıq. Nəticəni əslində kiçik detalların müəyyənləşdirdiyini deyə bilərik. Matçın son dəqiqələrində həm qələbə qazana, həm də məğub ola bilərdik. Yenə də əldə etdiyimiz nəticədən razıyam. Tək matçlı turnirdə PSJ ilə mübarizə apara biləcəyimizi göstərdik.
- Peşmanlıqlarınız varmı?
- Ola bilər. Qazanmaq üçün lazım olan şanslariı əldə etdik, amma dəyərləndirə bilmədik. PSJ ilə qarşılaşanda heç bir halda özünüzü güvəndə hiss etmirsiniz. Hər an qol vura bilən bir komandadı. Bizə qarşı da bir standard vəziyyət qol vurmaları üçün yetdi.
- Bu bərabərlik kimin işinə yaradı?
- Əminliklə deyə bilərəm ki, bizi təqib edən komandalara. Biz xal itirdikcə, onlar addım-addım olsa da yaxınlaşırlar. Bizim üçün önəmli olan PSJ-dən uzaqlaşmamaq idi. Xal fərqi hələ də 5-di və bu varkən hər şeyin mümkün olduğunu deyə bilərəm. İrəliyə doğru bir addım üçün bu bərabərlikdən yararlanmalıyıq.
- Çempionluq real hədəfdimi?
- Hədəfimiz mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmaqdı. PSJ ilə hər iki oyunda yaxşı nəticələr əldə etdik. Gözəl hədəflərə köklənməliyik, pislərə yox.
- "Monako" artıq böyük bir komanda olubmu?
- Ötən mövsümlə müqayisə etsək, 2-ci liqadan 1-ci liqaya çıxmış bir komandadı. Mövsümün əvvəlindən bir çox şeyi sübut etdiyimizi düşünürəm. Burdan yola çıxaraq böyüdüyümüzü deyə bilmərəmö. Məqsədimiz "Monako"nun Çempionlar Liqasında final oynadığı günləri geri gətirməkdi.
"France Football"