"Baş nazirin siyasətini bəyənmirəm"

"Baş nazirin siyasətini bəyənmirəm"
Türk boksçu Ünsal Arıkın rinqə üzərinə "Bu ölkə Atatürkün, Tayyipin deyil" yazılmış maykada çıxması barədə xəbər vermişdik. Fanat.az xəbər verir ki, idmançı bu addımı atmasının səbəbləri barədə danışıb.
Arık bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın siyasəti onu razı salmır: "Mən Almaniyada doğulmuşam və orda böyümüşəm. Amma türkəm. Türkiyənin vəziyyətindən narahatam. Rəcəb Tayyib Ərdoğanın siyasətini doğru hesab etmirəm. Baş nazirimizin ağzından heç bir zaman "mən türkəm" sözünü eşitməmişəm. Bu ölkəni Atatürk qurdu. Mənim atam hacıdı. Ancaq o da Erdoğandan narazıdı. Bu ölkənin bölünməsini istəmirəm".
Boksçu rinqə belə bir maykada çıxmaq ideyasından da danışıb: "Mvatçdan öncə birdən ağlıma gəldi. Qardaşım və dostlarımdla oturmuşduq. Matçdan danışırdıq. Belə bir fikir beynimdən keçdi və yanımdakılara dedim. Hamısı fikrimi bəyəndi. Təşkilatçılar narazılıq etdi, problem yaranmasından qorxurdular. Amma biz israr etdik. "Başımız bəlaya girər" deyə qorxmadıq. Nə olursa-olsun, hər şey ölkəmiz üçündü. Biz pis bir iş görməmişik. Almaniyada mən matça "Bu ölkə Merkelin deyil, hamımızın" yazılmış maykada çıxsam, Merkel inciməz".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər